Azərbaycan Prezidentinin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Doha Forumu çərçivəsində Euronews-a ilk dəfə birgə müsahibə veriblər.
AzPost bildirir ki, müsahibə zamanı iki ölkənin nümayəndələri İrəvan və Bakı arasında sabit siyasi dialoq kanalının qurulduğunu və uzunmüddətli sülh razılaşmasının hazırlanması prosesinin effektiv şəkildə başladığını qeyd ediblər.
Onların sözlərinə görə, tərəflər etimad mexanizmlərinin yaradılması və əldə edilən razılaşmaların institusionallaşdırılması üzərində işləməyə davam etmək niyyətindədirlər.
Qriqoryan və H.Hacıyev regional inkişaf perspektivlərinin və iqtisadi layihələrin müzakirəsinin gələcək əməkdaşlığın əsas sahəsi hesab edildiyini vurğulayıblar.
Həmsöhbətlər bildiriblər ki, gələcək addımlar diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.