AZ

"Barselona" Lautaro üçün hər şeyi riskə atır - MƏBLƏĞ

“Barselona” yay transfer pəncərəsi üçün hücum xəttini gücləndirmək məqsədilə “İnter”in ulduzu Lautaro Martinesi hədəfə alıb.

Fanat.Az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, “İnter” Martines üçün 120 milyon avrodan aşağı təklifləri nəzərdən keçirmək niyyətindən uzaqdır.

Bu məbləğ “Barselona” üçün maliyyə cəhətdən ciddi yük olsa da, klub rəhbərliyinin oyunçuya böyük heyranlıq bəslədiyi vurğulanır.

Xüsusilə də Robert Levandovskinin yaş faktoru, komandanın gələcək hücum xəttinin formalaşdırılması və “Barselona”nın yenidən Avropada dominant gücə çevrilmək istəyi bu transferi prioritet hədəflərdən birinə çevirib.

Kamil Xudiyev

Seçilən
1
fanat.az

1Mənbələr