Çempionlar Liqasının 6-cı turu çərçivəsində “Qalatasaray”ın rəqibi “Monako”nun bu axşamkı qarşılaşmaya itkilərlə çıxacağı bəlli olub.
QOL.az xəbər verir ki, Fransa klubu qarşılaşma üçün heyətini açıqlayıb və üç əsas futbolçusunun adını siyahıya daxil etməyib. Zədəli olan Erik Dayer, Kristian Mavissa və Ansu Fatinin “sarı-qırmızılar”a qarşı forma geyinə bilməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, Çempionlar Liqasının 6-cı turu çərçivəsində keçiriləcək “Monako” - “Qalatasaray” matçı saat 23:00-da start götürəcək.