AZ

Autizmli şagirdləri partaya bağladılar -Dəhşətli görüntülər


Türkiyədə autizmli uşaqların partalara bağlanması böyük səs-küyə səbəb olub.

Medicina.az xəbər verir ki, hadiaə Bursada baş verib.

Bursanın Osmangazi rayonundakı BTSO Baha Cemal Zağra Xüsusi Təhsil Təcrübə Məktəbində dərs zamanı 9-16 yaş arası autizmli şagirdlərin partalara bağlanmasının görüntüləri ortaya çıxıb. Valideyn tərəfindən mobil telefon kamerası ilə qeydə alınan görüntülər sosial mediada tez bir zamanda geniş diqqət çəkib.

Yayılan görüntülərdən sonra Bursa Vilayət Milli Təhsil Müdirliyi tədbir görərək hadisə ilə bağlı inzibati araşdırma başladıb.

Oğlunun sözügedən məktəbdə oxuduğunu bildirən valideyn Tülay Gürel hadisəni qətiyyətlə qınayıb. Gürel uşaqların həm fiziki, həm də psixoloji zorakılığa məruz qaldığını iddia edib:

"Bu uşaqlar sakit, təhlükəsiz və uyğun mühitdə təhsil almalıdırlar. Lakin burada onlar təhqir olunur, bağlanır və pis rəftar edilir. Valideynlərin içəri girməsinə icazə verilmir. Uyğun olmayan mühitdə təhsil almaq uşaqlar üçün zərərlidir".

Hadisə ilə bağlı başlanan istintaqdan sonra məktəb işçiləri və rəhbərliyə qarşı lazımi tədbirlərin görülməsi gözlənilir.


Aygün
Medicina.az


Seçilən
18
1
medicina.az

2Mənbələr