AZ

Ajda Pekkan reklamdan 40 milyon qazanacaq

Metbuat saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyənin əfsanəvi müğənnisi Ajda Pekkan yenə diqqəti öz üzərində cəmləyib. Popstar bu dəfə imzaladığı reklam müqaviləsi ilə gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, Pekkan ölkəsinin məşhur şokolad firmalarından biri ilə anlaşıb. Çəkiləcəyi reklam çarxı Ajdaya bir il ərzində 40 milyon türk lirəsi qazandiracaq. Süni intellektin köməyi ilə hazırlanacaq çarxda muğənninin son 30 ildəki görüntüləri əks olunacaq.

Qeyd edək ki, Ajda Pekkanın 79 yaşı var. Saglam həyat tərzi keçirən müğənni xarici görünüşü ilə özündən 40 yaş kiçik olan sənətçilərdən geri qalmır. Buna görə də Türkiyənin iri şirkətləri popstarın xidmətindən yararlanmaqda maraqlıdırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
metbuat.az

2Mənbələr