GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Moskva ətrafında pilotsuz uçan aparatlardan biri daha məhv edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin Teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hadisə çərşənbə axşamı axşam saat 20:00 radələrində baş verib. Hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru yaxınlaşan dördüncü PUA-nı da vuraraq zərərsizləşdirib.
Rəsmi açıqlamada bildirilir ki, fövqəladə hallar xidməti hadisə yerində dağıntıların aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin görülməsi ilə məşğuldur.
Qeyd edək ki, bundan əvvəl gün ərzində – saat 13:00-dan 20:00-a qədər şəhərə doğru yaxınlaşan daha dörd pilotsuz uçan aparatın məhv edildiyi açıqlanmışdı.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.