AZ

Salah üçün 2 variant Səədiyyə Ərəbistanı və ya Şimali Amerika

ain.az, Sportal.az saytına istinadən bildirir.

"Liverpul"un vingeri Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında və ya Şimali Amerikada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 33 yaşlı misirli hücumçu Premyer Liqada “Lids”lə oyunu (3:3) tam şəkildə ehtiyatda keçirib. Ondan əvvəlki iki matça da ehtiyatda başlamışdı. Oyun bitdikdən sonra Salah klub və baş məşqçi Arne Slotu tənqid edərək belə demişdi: “Bu klub üçün nə qədər çox şey etmişəm, amma məni avtobusun altına atırlar. Afrika Millətlər Kubokundan əvvəl sağollaşacağam, sonra nə olacaq, bilmirəm”. Futbolçu Çempionlar Liqasında “İnter”lə oyunun iştirak ərizəsinə də salınmayıb.

2023-cü ilin yayında “Liverpul” “Əl-İttihad”ın 150 milyon funt sterlinqlik təklifini rədd etmişdi. O vaxtdan bəri Yaxın Şərq klublarının Salaha marağı daha da artıb. Güman edilir ki, “Əl-Hilal”ın Məhəmmədlə müqavilə bağlamaq üçün maliyyə imkanları var.

"The Athletic"in məlumatına görə, əgər Salah ABŞ-a köçmək qərarı versə, “San-Diyeqo”da oynaya bilər – amerikalı klubun sahibi misir-britaniyalı milyarder Məhəmməd Mansurdur.

Bir çoxları Salaha Lionel Messinin çıxış etdiyi “İnter Mayami”yə mümkün keçid kontekstində baxırlar. Lakin MLS çempionlarının planları ilə tanış olan mənbə bildirir ki, klub artıq Jordi Alba karyerasını bitirdikdən sonra boşalan mövqeyi tutacaq oyunçu müəyyənləşdirib.

Salah üçün MLS-də digər variant “Çikaqo Fayr”dır. Klub dünya səviyyəsində ulduz futbolçu transfer etmək istəyir. Komanda daha əvvəl Neymar və Kevin De Bröynə iddialı olub, lakin müxtəlif səbəblərdən transferlər baş tutmayıb. “Çikaqo”nun sahibi Co Mansueto böyük xərclərə hazırdır.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
sportal.az

2Mənbələr