Rusiyanın İvanovsk vilayətində An-22 hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
ONN media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, təyyarədə 7 heyət üzvü olub.
Ölən və yaralananlar barədə məlumat yoxdur.
***
Qəza nəticəsində təyyarədə olan 7 nəfərin – 5 ekipaj üzvü və iki sərnişinin hamısı ölüb.
Hadisə yerinə Rusiya Hava Kosmik Qüvvələrinin komissiyası yollanıb.
Qeyd edək ki, An-22 “Antey” Rusiya Silahlı Qüvvələrində bu tip sonuncu təyyarə idi. Bu təyyarələr 1969-cu ildən istifadə olunurdu.
***
Təyyarə qəzası ilə bağlı hərbi istintaq orqanları cinayət işi açıb.
Bildirilib ki, cinayət işi uçuşa hazırlıq qaydalarının pozulması ilə bağlı açılıb
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta