AZ

Çelenc Kuboku: "Xilasedici" Avstriya komandasına məğlub oldu

Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası Çelenc Kubokunun 1/16 final mərhələsində ilk oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin idman zalında Belçika təmsilçisi "Lindemans"ı qəbul edən Azərbaycan klubu 0:3 (17:25, 22:25, 23:25) hesabı ilə uduzub.

Tərəflər arasında cavab oyunu 2026-cı il yanvarın 7-də Belçikada baş tutacaq.

Qeyd edək ki, yarışa 1/32 final mərhələsindən başlayan "Xilasedici" bu raundda Rumıniyanın "Steaua" klubuna qalib gələrək 1/16 finala yüksəlib.

Seçilən
1
3
fanat.az

4Mənbələr