AZ

Tramp Venesuelaya qoşun göndərilməsi ehtimalını istisna etməyib

Tramp Venesuelaya qoşun göndərilməsi ehtimalını istisna etməyib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, administrasiyası Latın Amerikasında narkotik ticarəti ilə bağlı hədəflərə qarşı başladığı hərbi əməliyyatları daha da genişləndirmək imkanına malikdir.

AFN.az xəbər verir ki, o bu barədə “Politico”ya müsahibəsində danışıb.

Tramp ABŞ qoşunlarının Venesuelaya daxil olması ehtimalını istisna etməyib. O, Venesuela lideri Nikolas Maduronu narkotiklərin ixracı və cinayətkarların ABŞ-a keçməsində iştirakda ittiham edir.

“Bu barədə müsbət və ya mənfi qərar vermək istəmirəm. Bu mövzuda danışmıram. Hərbi strategiya barədə sizinlə danışmaq istəmirəm,” – deyə Tramp əsgəri qüvvələrin yerləşdirilməsi barədə danışarkən bildirib və əlavə edib.

Bununla yanaşı, o, narkotik ticarətinin aktiv olduğu digər ölkələrdə, o cümlədən Meksika və Kolumbiyada hədəflərə qarşı güc tətbiqini nəzərdən keçirəcəyini söyləyib.

Seçilən
59
afn.az

1Mənbələr