Sumqayıtda gəncin meyiti aşkarlanıb.
NOCOMMENT.az-ın Sumqayıt bürosunun məlumatına görə, Sumqayıt şəhərində Xəzər bağları ərazisində baş verən hadisə yerli sakinləri narahat edib.
2002-ci il təvəllüdlü Nəsirli Kənan Sarvan oğlu həmin ərazidə yerləşən fərdi yaşayış evində ölü halda tapılıb.
Məlumat daxil olan kimi polis və təcili tibbi yardım əməkdaşları əraziyə gəlib. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə göndərilib. Ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin edilib.
Faktla bağlı araşdırma davam edir.