AZ

ABŞ "Kaspersky Lab" şirkətinin vitse-prezidentini sanksiya siyahısından çıxarıb

"Kaspersky Lab" şirkətinin Korporativ Biznes üzrə icraçı vitse-prezidenti Kirill Astraxan ABŞ-ın sanksiya siyahısından çıxarılıb.

APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) açıqlamasında bildirilib.

Agentlik, Kirill Astraxan da daxil olmaqla, sanksiyaları ləğv edilən şəxslərin siyahısının olduğu bir açıqlama dərc edib.

Qeyd edək ki, "Kaspersky Lab" və onun top menecerləri 2024-cü ilin iyun ayında ABŞ tərəfindən sanksiyalara məruz qalıb. Maliyyə Nazirliyinin o dövrdəki açıqlamasında deyilirdi ki, bu, Rusiya şirkətinin ABŞ-ın milli təhlükəsizliyi üçün qəbuledilməz risk yaratdığı üçün edilib.

Seçilən
29
apa.az

1Mənbələr