Sumqayıt və Abşeronda qazın verilməsi müvəqqəti dayandırılacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhəri Corat qəsəbəsi, N.Nərimanov küçəsində və Abşeron rayonu, Qobu qəsəbəsi Q.Xaliqov küçəsində qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar dekabrın 10-u saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı müvəqqəti dayandırılacaq.