AZ

Bina idarəçiliyində QALMAQAL: Qanun nə deyir?

ain.az bildirir, Demokrat.az portalına istinadən.

“Bina əvvəlcə MTK tərəfindən, daha sonra isə “Yasamal-71” MMMC tərəfindən idarə olunmalıdır. Qanunvericiliyə görə, MTK binanı tikib bütün sakinlərə təhvil verdikdən sonra ləğv edilməlidir. Binanın idarə olunması bundan sonra Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) tərəfindən həyata keçirilir”. Bunu Demokrat.az-a açıqlamasında vəkil Hüseyn İsmayılov deyib. O, bildirib ki, sakinlər idarəetmə orqanlarını təyin edir və MMMC idarəçiliyə başlayır:“Əgər idarəetmə şəffaflıqdan uzaqdırsa, hüquqi əsası olmayan, müqaviləsiz ödəniş və borc tələbləri ilə bağlı problemlər yaranırsa, sakinlər bu məsələlərlə bağlı məhkəməyə müraciət edə bilərlər. Mübahisələrin həlli üçün ən effektiv yol məhkəmədədir”.Qeyd edək ki, Bakıda yaşayış binasında onlarla ailənin mülkiyyət, təhlükəsizlik və digər hüquqları ciddi şəkildə pozulub.Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
demokrat.az

1Mənbələr