AZ

Parlament 2026-ci ilin dövlət büdcəsi layihəsini təsdiqləyibVİDEO

Növbəti il əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur.

Xezerxeber.az-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Baş nazir bildirib ki, 2026-2029-cu illəri əhatə edən ortamüddətli dövr ölkə qarşısında yeni strateji çağırışlar və hədəfləri formalaşdırır.

Baş nazir 2026-2029-cu illərdə dövlət xərclərinin əsas prioritet istiqamətlərini də açıqlayıb.

Əli Əsədov artıq 2027-2030-cu illəri əhatə edəcək yeni strategiyanın hazırlandığına da diqqət çəkib.

O da bildirilib ki, Azərbaycanın strateji valyuta ehtiyatları 83,5 milyard dollara çatıb.

“Bu da milli valyuta ifadəsi ilə 142 milyard manat deməkdir və 2025-ci ildə gözlənilən ümumi daxili məhsuldan 8 milyard manat çoxdur”,- deyə Əli Əsədov qeyd edib.

2026-ci ilin dövlət büdcəsi layihəsi üçüncü oxunuşda təsdiqlənib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
13
xezerxeber.az

1Mənbələr