AZ

İşçilərə bir neçə əlavə məzuniyyət növünü eyni vaxtda birləşdirmək imkanı verilir

Bakı. Trend:

Əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənmə qaydasındadəyişiklik ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlərkomitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirəolunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, işçinin eyni vaxtda ƏməkMəcəlləsinin əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri vəəmək stajına görə əlavə məzuniyyətlə bağlı maddələrində nəzərdətutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqdaonun əsas məzuniyyətinə daha çox müddətli bir əlavəməzuniyyət birləşdirilir.

Layihəyə əsasən, işçinin eyni vaxtda Əmək Məcəlləsinin əməkşəraiti, əmək funksiyasının xüsusiyyətləri və əmək stajına görəəlavə məzuniyyətlə bağlı maddələrində nəzərdə tutulmuş əlavəməzuniyyət hüququ olduqda hər iki maddənin hər biri üzrəəldə etdiyi əlavə məzuniyyət onun əsas məzuniyyətinəbirləşdiriləcək.

Seçilən
17
2
az.trend.az

3Mənbələr