AZ

Vəziyyət 1941 ci ildəkindən mürəkkəbdir, hər an müharibə başlaya bilər Muraveyko

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Belarusun ətrafında yaranmış hazırkı vəziyyət 1941-ci ilin iyunundan, yəni Böyük Vətən Müharibəsinin başlanmasından əvvəlki dövrdən daha mürəkkəbdir.

Globalinfo.az xəbər verir ki, bunu Belarusun Müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi Pavel Muraveyko bildirib.

“Əgər 1941-ci ilin iyunu ilə müqayisə etsək, yəqin indi vəziyyət daha çətindir. Çünki ölkələr iqtisadi və intellektual cəhətdən xeyli inkişaf edib, silah və hərbi texnika daha müasir səviyyəyə çatıb. 1941-ci ildə vəziyyətə təsir göstərən amillər bu gün dominant deyil. Bu gün qarşılıqlı, aydın olmayan iddialar, sanksiya siyasəti önə çıxır və bunların yaxın perspektivdə müsbət nəticəyə gətirəcəyi görünmür”.

O qeyd edib ki, Qərb faktiki olaraq müharibəyə hazırlaşır.  Muraveykonun sözlərinə görə, Qərb siyasətçilərinin ritorikasında revanşist meyllər hiss olunur, silahlı qüvvələrin təkmilləşdirilməsi və inkişafı üzrə aktiv tədbirlər görülür, müasir silahların alınması davam edir.

“Əlbəttə ki, bu prosesin həlli yolu var. Dövlət başçımız (Belarus Prezidenti Aleksandr Lukaşenko – red.) dəfələrlə bildirib ki, danışıqlar masasına oturmaq və razılığa gəlmək lazımdır. Təəssüf ki, hazırda Avropada bu sağlam məntiq üstünlük təşkil etmir. Ümid edirik ki, yaxın zamanda bu yanaşma dəstək qazanacaq və ölkələr danışıqlara başlayaraq mövcud aqressiv ritorika və fəaliyyətləri azaltmağa yönələcəklər,” – Baş Qərargah rəisi vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
globalinfo.az

1Mənbələr