Yeni bir araşdırmanın göstərdiyi kimi, beta-blokator kateqoriyasındakı dərmanlar artıq köhnəlmişdir.İndi daha müasir dərmanlar infarkt və insultdan qorunmaqda daha təsirli olur.
“Medicina” xəbər verir ki, Almaniyalı alimlər 380.000-dən çox xəstədə beta-blokerlərin və digər dərmanların qan təzyiqini aşağı salmaq və ürək xəstəliklərinin qarşısını almaq üçün effektivliyini təhlil edib.
Yüksək qan təzyiqi infarkt, insult və digər ciddi sağlamlıq problemləri riskini artırır, buna görə də beta-blokerlər olduqca populyardır. Lakin, bir çox ölkələrdə onlar tədricən digər dərmanlarla əvəz olunur. Məsələn, Böyük Britaniyada artıq beta-blokerlər əvəzinə angiotenzin çevirici ferment inhibitorlarını (ACE inhibitorları) təyin etməyi tövsiyə edirlər və əgər bunlar yan təsirlərə səbəb olarsa, angiotenzin reseptor blokerlərini (ARB) təyin edirlər. Bu dərmanların hər ikisi qan damarlarını rahatlaşdırır.
Kalsium kanal blokerləri və ya sadəcə diuretiklər qan təzyiqini aşağı salmaq üçün istifadə edilə bilər. Son onilliklərdə beta-blokerlər hipertoniyanın qarşısının alınması üçün ən çox təyin edilən dərmanlar arasında idi, lakin daha yeni, daha təsirli dərmanların tətbiqi ilə onlar populyarlığını itirib.
Bununla belə, beta-blokerlərə öyrəşmiş və onlardan imtina etmək istəməyən xəstələr var.
Beta-blokerlər hər kəs üçün ürək tutmalarının qarşısını almaqda təsirli deyil.
Beta-blokerlərin qadınlar üçün daha təhlükəli olduğu aşkar edilib.
Yeni bir araşdırma göstərib ki, beta-bloker qəbul edən xəstələrdə angiotenzin çevirici ferment inhibitorları təyin edilən xəstələrə nisbətən hər hansı bir səbəbdən ürək-damar xəstəliklərindən ölmə ehtimalı xeyli yüksəkdir.
Aygün Musayeva