AZ

Samuxda yeniyetmə dəm qazından boğularaq həyatını itirdi – FOTO – YENİLƏNİB

Samuxda 16 yaşlı oğlan dəm qazından boğularaq ölüb.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Çobanabdallı kəndində baş verib. 2009-cu il təvəllüdlü Vüsal Hacıyev hamamda çimən zaman dəm qazından boğularaq ölüb. Mərhumun yaxınları bildirliblər ki, yeniyetmə gecə saatlarında evin vanna otağında dəm qazından boğulub.

Qeyd edək ki, dəm qazından boğularaq ölən 16 yaşlı oğlan 11-ci sinif şagirdi olub.Yeniyetmənin meyti müayinə olunmaq üçün Məhkəmə – Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Hadisə yerinə polis və prokrorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı Samux rayon prokrorluğunda araşdırma aparılır.
***

 

10:34

Samuxda yeniyetmə dəm qazından zəhərlənib.

NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Çobanabdallı kənd qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Vüsal Hacıyev yaşadığı evin vanna otağından dəm qazından boğularaq ölüb.

Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Foto əlavə olunub 

Seçilən
12
nocomment.az

1Mənbələr