Suriyada 2016-cı ildə dağıntılar altından çıxarıldıqdan sonra çəkilən fotoları ilə bütün dünyada gündəmə gələn Ümran Dakneşin yeni görüntüləri yayılıb.
"Yeni Sabah" xəbər verir ki, Suriyada 10 ildən artıq davam edən və 8 dekabr 2024-cü ildə 61 illik BAAS hakimiyyətinin devrilməsi və Bəşər Əsədin ölkədən qaçması ilə başa çatan daxili müharibədən sonra ölkədə xüsusi tədbirlər təşkil edilib.
İnqilabın birinci ildönümünü ölkənin müxtəlif nöqtələrində keçirilən mərasimlərlə qeyd edib.
Tədbirlərin ən böyüyü isə Dəməşqdə təşkil olunub. Konfranslar Sarayında keçirilən rəsmi mərasimə 2016-cı ildə çəkilmiş fotosu ilə bütün dünyada tanınan Ümran Dakneş də qatılıb.
“Ümran körpə” kimi tanınan fotodan sonra artıq 13 yaşına çatan Dakneş tədbirlərdə iştirak edib və səhnəyə çıxaraq qələbə nitqi söyləyib.
Qeyd edək ki, Ümran Dakneş 2016-cı ildə Hələbə təşkil olunan hava hücumu sonrası bir binanın dağıntıları altından çıxarılmış və Suriyadakı müharibənin simvollarından birinə çevrilmişdi.
Aydan Hacı
Telegram kanalımız