AZ

Beynəlxalq tədbirlər Azərbaycanın xarici siyasəti, imicinin formalaşması və əlaqələrinin güclənməsi üçün önəmlidir

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanda gələn il dövlət büdcəsindən beynəlxalq tədbirlərin keçirilməsinə 239 milyon manat vəsait ayrılacaq. Bu, elmə ayrılan vəsaitdən 10 milyon manat artıqdır. Bəzi deputatlar hesab edir ki, beynəlxalq tədbirlərin Azərbaycana faydası yoxdur, elmə daha çox vəsait ayrılmalıdır. Amma…

Milli Məclisin deputatı Elşad Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, elmə ayrılan vəsait də çox olmalıdır: “Beynəlxalq tədbirlərə ayrılan vəsait də çox olmalıdır. Çünki Azərbaycan indiki elə vəziyyətdədir ki, Ermənistan-Azərbaycan münaqişəsi hələ tam yekunlaşmayıb, yəni sülh sazişi imzalanmayıb. Dünyada iqtisadi böhran var. Təbii ki, bunun fəsadları Azərbaycana da, digər ölkələrə də təsir edir”.

Elşad Musayev

“Rusiya-Ukrayna müharibəsi kontekstinə baxanda görmək mümkündür ki, yeni dünya düzəni qurulur. Daha beynəlxalq hüquq deyil, beynəlxalq güc işləyir. Yəni Rusiya müharibə yolu ilə Ukraynanın ərazisini ilhaq edir, Amerika Birləşmiş Ştatları təzyiq edir, ayrı-ayrı ölkələr də nəsə qoparır. Digər ölkələrdə də vəziyyət eynidir. Bu səbəbdən də Azərbaycan daha çox beynəlxalq tədbirlər keçirməli, daha çox vəsait ayırmalıdır.

Mən istərdim ki, elmə ayrılan vəsait daha çox olsun. Ona görə birmənalı yanaşmaq olmur ki, buna az ayırılıb, bunq çox ayırılıb. Elmə də xeyli vəsait ayırılıb, beynəlxalq tədbirlərin keçirilməsinə də…

Eyni zamanda büdcənin 41,1 faizi sosial xərclərə ayırılıb. Mən burada hansısa bir müqayisə aparmağın tərəfdarı deyiləm. Bütövlükdə büdcəmizin artırılmasının tərəfdarıyam. Biz çalışmalıyıq ki, ölkəmizin büdcəsinin həm gəlir, həm xərc hissəsi artıq olsun. Bunun üçün əmək məhsuldarlığını artırmalıyıq. Elmi-texnoloji əsaslara, müasir standartlara cavab verən bir iqtisadi sistem qurmalıyıq. Büdcəmizi neft asılılığından xilas etməliyik. Yəni belə kompleks yanaşmaq lazımdır.

Beynəlxalq tədbirləri də çıxdaş etmək olmaz. Beynəlxalq tədbirlər Azərbaycanın xarici siyasəti, Azərbaycanın imicinin formalaşması və əlaqələrin güclənməsi üçün vacib sahələrdən biridir”-deyə Elşad Musayev qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
bizimyol.info

1Mənbələr