AZ

Kənar qüvvələr müdaxilə etsəydi, Vətən müharibəsi bəlkə də Dünya müharibəsinə çevrilə bilərdi

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Rəcəb Tayyib Ərdoğanın bir cümləsinin qardaş Azərbaycan xalqı üçün dəyəri nə qədər ola bilər, sizcə? 27 sentyabr 2020-ci ildə — 44 günlük müharibənin başlandığı gün — Prezident Ərdoğan çıxışında demişdi: “Bu, Azərbaycanın haqq mübarizəsidir. Kim müdaxilə etsə, qarşısında Türkiyəni görəcək”. Bir cümlə kifayət etdi ki, heç kim müharibəyə qarışmasın. Əgər kənar qüvvələr müdaxilə etsəydi, bu savaş bəlkə də dünya müharibəsinə çevriləcəkdi və sonsuza qədər davam edə bilərdi. Elə Rusiya–Ukrayna müharibəsi kimi: milyonlarla insan itkisi, 2 trilyondan artıq maddi ziyan, Ukraynanın yeraltı və yerüstü sərvətlərini güzəştə getməsi… Lakin yenə də müharibəni dayandırmaq mümkün olmayıb”.

Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi şərhçi Laçın Abbasov danışıb.

“Şəhidlərimizin həyatını heç bir qiymətlə ölçmək mümkün deyil. Şəhidlik başqa bir ucalıqdır. Məhz o möhkəm siyasi iradə olmasaydı, bu müharibə 44 günə bitməzdi. Biz də Ukrayna kimi bütün sərvətlərimizi versək belə, nəticə bu cür olmayacaqdı.

Var olun, dəyərli Rəcəb Tayyib Ərdoğan — sözünüzün qiyməti ölçülməzdir. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycana səfərinizi avtomobillə məhz Zəngəzur dəhlizindən keçərək edəcəksiniz. İnşallah, o günlərə çox az qalıb”-deyə Laçın Abbasov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
bizimyol.info

1Mənbələr