AZ

Ara məsafəsinin düzgün seçilməməsi, yol infrastrukturuna bələd olmaması kimi məsələlər ağır yol qəzasına səbəb olur

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Yenə avtoqəzalar neçə-neçə can alır. Biləsuvarda baş verən qəza və Qobu qəsəbəsi ərazisində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi növbəti ailə faciələrinə səbəb olub. Nəticədə 8 nəfər həyatını itirib.

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, qəza və ölüm hadisələrinin yaranma riski bir neçə səbəblərə bağlıdır.

Aslan Əsədov

“Hadisəni analiz edərkən qəza və ölüm səbəblərinin riskinin çox olması 1 neçə məsələlərə bağlı olduğunu bildirmək istəyirəm.

İdarəetmənin itirilməsiAra məsafəsinin düzgün seçilməməsiNəqliyyat vasitəsinin idarə edilə bilməməsi bacarığı-əlin rulo yatmamağıYola çıxan zaman vaxtın düzgün seçilməməsiYol infrastrukturuna bələd olmamasıYol infrastrukturunun daha çox əks etdirici elementlərlə təmin edilməməsi.

Məsələn, körpünün rəng əks etdirici rənglərlə boyanması ola bilər. Sürət həddi rejimi gözlənilsə belə, bunlar vacib elementlərdir. Qeyd edim ki, bu 90km/saat sürət hədinə belə aiddir”, - deyə Aslan Əsədov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
icma.az

1Mənbələr