AZ

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayon Qırıqlı-kəndi ilə Qızılca kəndin kəsişməsini ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai” markalı minik avtomobil idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarındakı betona,qaz xəttinə daha sonra isə evin divarına divara çırpılıb.

Qəza zamanı yolun kənarında olan 2003-cü il təvəllüdlü Feyruz Quluzadə minik avtomobili ilə divarın arasında qalaraq ağır xəsarət alıb.Xəsarət alan gənc təcili tibbi yardım avtomobilli ilə Gəncə Birləşmiş xəstəxanasının tabeliyində olan xəstəxanaların birinə aparılıb.

Həkimlərin yardımlarına baxmayaraq yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Həmçinin qəza zamanı avtomobillin sürücüsü 2009-cu il -cu il təvəllüdlü Ramal Zeynalovda xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alan sürücüyə yardım edilib, vəziyyəti yaxşı olduqdan sonra evə buraxılıb.

Baş verən qəza ilə bağlı Baş Dövlət yol polisi idarəsidə məlumat yayıb.

Bildiriib ki, Gəncə şəhər sakini olan 16 yaşlı yeniyetmə atasına məxsus “Hyundai” markalı avtomobillə qəza törədib.

Belə ki, hadisə Göygöl rayonun Qızılca kəndi ilə Qırıqlı kədinin birləşməsində baş verib.

Maşın hərəkətdə olarkən, sərt döngədə idarəetməni itirərək yol kənarında dayanmış Feyruz Quluzadəni vurub.Xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb. Qurumdan qeyd edilib ki, “Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edir, lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətdə aciz qalacaqlarını, bir sözlə – sonrakı peşmançılığın fayda verməyəcəyini unudurlar. Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, yaxud nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə səbəb olduğunu bir daha xatırladır və valideynlərə müraciət edərək onları övladlarının gələcəyi naminə birgə əməkdaşlığa çağırır”, – BDYPİ-nin məlumatında deyilir.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Gənc oğlanın meyti müayinə olunmaq üçün Məhkəmə – Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Publik Hüquqi Şəxsin yerli şöbəsinə təhvil verilib.

Göygöldə baş verən ağır qəza ilə bağlı araşdırma aparılır.

Seçilən
11
nocomment.az

1Mənbələr