AZ

İşəgötürən bu halda işçini razılığı olmadan məzuniyyətə göndərə biləcək

Bakı. Trend:

Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotununaparılması qaydasında dəyişiklik ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlərkomitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirəolunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Layihəyə əsasən, işəgötürənin yazılı (kağız daşıyıcıda və yaelektron informasiya sistemi vasitəsilə) xəbərdarlığından sonraişçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə və əməkməzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydasına riayətetməyərək əmək məzuniyyətindən istifadə etmək (tam, yaxud birhissəsindən) üçün işəgötürənə ərizə ilə müraciət etmədikdəişəgötürənin əmri (sərəncamı, qərarı) ilə müvafiq iş ilinin əməkməzuniyyətinə göndəriləcək.

Yuxarıda müəyyən edilmiş hal istisna olmaqla bütün növməzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və yaelektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasındaişəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdiriləcək.

Seçilən
26
2
az.trend.az

3Mənbələr