AZ

Almaniyada çeçen siyasətçidən ŞOK VƏD: Ölkəni layiqsiz insanlardan təmizləyəcəyəm

Çeçenistan əsilli partiya üzvünün qardaşı Vyanadakı səs-küylü qətlin iştirakçısı olub.

İnterpress.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Məlumata əsasən, “Almaniya üçün Alternativ” (AfD) partiyasının çeçen əsilli üzvü Dadayev qalmaqallı bəyanatla çıxış edib. O, Almaniyanı “bütün layiqsiz insanlardan təmizləyəcəyinə” söz verib.

Qeyd olunur ki, Dadayev Çeçenistanda doğulub və orada boya-başa çatıb.

Məsələnin digər diqqətçəkən tərəfi isə onun ailə üzvü ilə bağlıdır. Belə ki, siyasətçinin böyük qardaşı Süleyman Dadayev 2009-cu ildə Avstriyanın paytaxtı Vyanada Umar İsrailovun güllələnərək qətlə yetirilməsi ilə nəticələnən səs-küylü sifarişli cinayətin iştirakçısı olub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
10
interpress.az

1Mənbələr