Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Serxio Ramosa İngiltərə klubundan təklif var
“Monterrey” klubu ilə yollarını ayıran Serxio Ramos karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
QOL.az xəbər verir ki, bu barədə “Transfer News Live” məlumat yayıb. Belə ki, “Mançester Yunayted” klubunun təcrübəli müdafiəçini heyətinə qatmaq üçün hərəkətə keçdiyi bəlli olub. "Qırmızı şeytanlar"ın 39 yaşlı ulduzu yanvar ayında komandaya gətirmək istədiyi və ona rəsmi təklif göndərdiyi bildirilir.
Qeyd edək ki, Avropaya qayıtmağı hədəfləyən Ramosun əsas hədəfi formasını bərpa edərək İspaniya millisinin heyətində qarşıdan gələn Dünya Çempionatında iştirak etməkdir.
Xatırladaq ki, karyerasının ən parlaq dövrünü “Real”da keçirən Ramos həmçinin Avropada “Sevilya” və PSJ klublarının şərəfini qoruyub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.