ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
“ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasının dərc edilməsi Avropa İttifaqına (Aİ) qarşı siyasi müharibə elanıdır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə keçmiş ali nümayəndəsi Cozep Borrell özünün “X” sosial şəbəkəsində bildirib.
Siyasətçi Donald Tramp administrasiyasının yanaşmasını tənqid edərək, sənədin Avropaya qarşı açıq hörmətsizliyi əks etdirdiyini bildirib.
“Bu, Aİ-yə qarşı siyasi müharibə elanıdır. O, tələblərinə tabe olan, ayrı-ayrı ölkələrə bölünmüş bəyaz Avropa görmək istəyir”, – deyə Borrell yazıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.