525.az saytına istinadən ain.az xəbər verir.
İndoneziyada piton 57 yaşlı fermeri öldürüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bədbəxt hadisə İst-Luvu dairəsində baş verib.
Həyat yoldaşı ilə plantasiyadan qayıdan Nurdin adlı fermerin idarə etdiyi motosikletə piton hücum edib. 7 metrlik ilan Nurdinin ayağından tutaraq ona sarılmağa başlayıb. Həyat yoldaşı kömək çağırana kimi piton kişini boğaraq öldürüb.
Köməyə gələnlər Nurdinin cəsədini azad etmək üçün pitonu öldürməli olublar.
Yeri gəlmişkən, İndoneziyada sonuncu dəfə insanın piton tərəfindən öldürülməsi faktı ötən il qeydə alınıb. Həmin vaxt piton şikarını boğduqdan sonra udmuşdu.
L.Tağıyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.