AZ

Qazaxıstan filmi onlayn kinoteatrlardan yığışdırıldı

Qazaxıstanlı rejissor Adilxan Erjanovun “Kadet” adlı qorxu filmi Rusiya onlayn-kinoteatrlardan Roskomnadzorun tələbi ilə yığışdırılıb.

Publika.az xəbər verir ki, bu barədə “Ehtiyatlı olun, xəbərlər” "Telegram" kanalı məlumat yayıb.

Roskomnadzorun məlumatına görə, filmdə intihar səhnələri aşkarlanıb.

Erjanovun filmi 27 noyabrda onlayn platformalarda yayımlansa da, bir həftə sonra “KinoPoisk” və “IVI” xidmətlərindən çıxarılıb. Roskomnadzor əlavə edib ki, qanunvericiliyə - “İnformasiya, informasiya texnologiyaları və informasiya mühafizəsi haqqında” qanuna uyğun olaraq onlayn-kinoteatrlardan bu səhnələri kəsmək tələb olunub.

Gözlənilir ki, “Kadet” düzəlişlərdən sonra platformalara qaytarılacaq.

Seçilən
4
publika.az

1Mənbələr