
ABŞ Prezidenti Donald Trampın Ukraynada seçkilərin keçirilməsi barədə açıqlamasından sonra Avropa İttifaqı (Aİ) bildirib ki, seçkilər yalnız şərtlər əlverişli olduqda keçirilməlidir.
AB Komissiyasının mətbuat katibi Anitta Hipper gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Hipper Ukraynanın istisna bir dövrdən keçdiyini qeyd edərək, Rusiyanın Ukraynaya qarşı müharibəsinin davam etdiyini vurğulayıb.
O, Volodimir Zelenskini Ukraynanın demokratik yollarla seçilmiş lideri kimi təqdim edərək "Ukraynada seçkilər şərtlər əlverişli olduqda keçirilməlidir" deyib.
ABŞ Prezidenti Tramp isə Ukraynada seçkilərin keçirilməsinə dair açıqlamasında "Bəli, məncə vaxtı çatıb. Artıq çox uzun müddət keçib. Vəziyyət yaxşı getmir. Məncə, vaxtı çatıb. Seçki keçirmək üçün vacib bir an olduğunu düşünürəm. Onlar seçki keçirməmək üçün müharibəni istifadə edirlər, lakin Ukrayna xalqının bu seçimi olmalıdır" demişdi.
Tramp əlavə etmişdi ki, əgər seçkilər keçirilərsə, bəlkə Zelenski qalib gələ bilər. O həmçinin "Demokratiyadan danışırlar, lakin artıq demokratiyanın olmadığı bir nöqtəyə gəlib çıxırlar" deyə bildirib.