Kiyev, 9 dekabr, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski prezident seçkilərini keçirməyə hazır olduğunu bəyan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı “La Repubblica” nəşrinə açıqlamasında bildirib.
"Mən həmişə hazıram", - deyə o vurğulayıb.
Zelenski, həmçinin İtaliyaya səfərinin yekununu şərh edərkən əlavə edib ki, bu ölkə hökumətinə güvənir və rəsmi Romanın Ukraynaya kömək göstərəcəyini gözləyir.
Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “Politico”ya müsahibəsində Ukraynada prezident seçkilərinin keçirilməli olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna rəsmiləri yeni seçkilərin keçirilməsindən yayınmaq üçün müharibə məsələsindən istifadə edirlər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev