AZ

Şəkidə Ulu Öndərin xatirəsinə həsr edilən futzal turnirinin qalibləri müəyyənləşib

Şəki, 9 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilən futzal üzrə “Şəki kuboku – 2025” turnirinə yekun vurulub. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektorunun dəstəyi, Şəki Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən turnirdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatları təmsil edən 20 komanda mübarizə aparıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən məlumat verilib.

Bildirilib ki, bir ay davam edən turnirin yekun nəticələrinə əsasən, “Az-Trade” MMC-nin komandası yarışın qalibi adını qazanıb. “Ədliyyə” və “Səhiyyə” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Turnirin qalibləri kubok, medal və diplomlarla mükafatlandırılıblar. Bundan əlavə, “ən yaxşı oyunçu”, “ən yaxşı qapıçı” və “ən çox qol vuran oyunçu” nominasiyaları üzrə qaliblərə də diplom və xatirə hədiyyələri təqdim edilib.

Seçilən
60
azertag.az

1Mənbələr