525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Rumıniya Sosialist Respublikasının keçmiş başçısı Nikolae Çauşeskinin ov zamanı qaldığı ev hərraca çıxarılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Romania Sotheby's International Realty" Hərrac Evinin saytında elan yerləşdirilib.
Karpat dağlarının mənzərəli yerindəki tikilinin ilkin qiyməti 1,19 milyon dollardır. 4 hektar ərazidə tikilmiş evin ümumi 1,8 min kv.m-dir. Bundan başqa ərazidə şərab anbarı, bir neçə qaraj, hovuz, tennis kortu, hətta helikopter meydançası da var.
Ev 1985-ci ildə, Çauşeski hakimiyyətdə olduğu vaxt tikilib. Çauşeski edam edildikdən sonra 1998-ci ildə satışa çıxarılıb və indiyə kimi hotel kimi fəaliyyət göstərib.
Xatırladaq ki, Nikolae Çauşeski 1965-ci ildə Rumıniya Kommunist Partiyasının baş katibi, 1974-cü ildə isə ölkə prezidenti seçilib. 1989-cu ildə Rumıniyadakı çevrilişdən sonra həbs olunub və həmin il dekabrın 25-də xanımı Yelena ilə güllələnib.
L.Tağıyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.