AZ

Qusarda yol qəzasında xəsarət alan 4 nəfərin kimliyi məlum olub

Qusarda baş vermiş qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.

APA-nın şimal bürosu xəbər verir ki, Rayonun Hil kəndində "ZİL" markalı yük avtomobili ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 1959-cu il təvəllüdlü S. Saruxanov, 1974-cü il təvəllüdlü A. Güləliyev, 1962-ci il təvəllüdlü İ. Ağakişiyeva və 1989-cu il təvəllüdlü R. Balabekov xəsarətlər alıblar.

Onlar Qusar rayon xəstəxanasına yerləşdiriliblər. Hazırda onlara müvafiq tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma davam etdirilir.

***

19:11

Qusar rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosu xəbər verir ki, avtoqəza nəticəsində 4 nəfər xəsarətlər alıb. Onlar Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
26
apa.az

1Mənbələr