Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndələri üçün destinasiya təqdimatının keçirilməsi xidmətləri üzrə tender elan edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 46.710,22 manat təşkil edir.
Tender çərçivəsində tədbirin təşkili üçün ölkəmizin turizm potensialını əks etdirən hədiyyə paketlərinin hazırlanması, video və foto çəkiliş xidmətlərinin təmin edilməsi, tərcüməçi kabinələri və İngilis-Ərəb, İngilis-Rus dillərində tərcüməçilərin təmin olunması, təqdimat və videolar üçün klikerlərin, səs gücləndiricilərin, sinxron tərcümə üçün qulaqcıqların, LED monitorların dizaynının hazırlanması və quraşdırılması, tribuna və mikrofonların təmin olunması, səhnənin qurulması və texniki heyətin iştirakı, qeydiyyat stolu ilə iştirakçıların qeydiyyatının aparılması, 80 nəfər üçün nahar və kofe fasiləsinin təşkili, həmçinin 5 ulduzlu hotellərdə 80 nəfərlik səhnəli konfrans zalının bir günlük icarəsi xidmətləri nəzərdə tutulub.