Tovuzda 3 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. Azyaşlı hovuza düşərək boğulub.
Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Düz Qırıqlı kəndində fərdi yaşayış evinin həyətində baş verib. 3 yaşlı Hüseyin Qasımovun ailəsi nənəsigilə qonaq gedibmiş.
Azyaşlının meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə təhvil verilib. Müayinədən sonra ailəsinə təhvil verilib.
Uşağın cəsədini hovuzdan çıxaran şəxs hadisənin təfərrüatlarını danışıb.
Hüseyn evin sonuncu övladı olub. Onun 7 yaşında bir bacısı da var.
Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.