“Qarabağ” – “Ayaks” oyununa qanunsuz bilet satışının qarşısı alınıb.
İdmanxeber.az-ın məlumatına görə, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) “Qarabağ”–“Ayaks” oyununa qanunsuz bilet satışına qarşı əməliyyat keçirib.
Sosial şəbəkələrdə və “qara bazar”da biletləri baha qiymətə satmaq istəyən 2 nəfər saxlanılıb.
Qeyd: Biletləri yalnız rəsmi satış məntəqələrindən və elektron qaydada alın. Saxta biletə aldanmayın, şübhəli hallarda polisə məlumat verin.