Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya olunmuş daha 4 nəfər vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən hafta.az-a verilən məlumata görə, onlardan 3-ü uşaq, 1-i isə qadındır.
Sosial xidmət müəssisəsində həmin şəxslərlə bağlı qiymətləndirmə işləri aparılıb və ilkin tibbi, sosial-psixoloji dəstək işlərinə başlanılıb. Növbəti mərhələdə isə agentliyin sosial işçiləri və psixoloqları tərəfindən repatriasiya olunmuş şəxslərin sosial-psixoloji vəziyyətləri qiymətləndiriləcək.
