AZ

ABŞ prezidenti Tramp: O, çox güclü bir ordu və ölkə qurdu'



ABŞ prezidenti Donald Tramp son müsahibəsində qlobal məsələlərlə bağlı tənqidi açıqlamalar versə də, prezident Ərdoğanla münasibətlərini də vurğulayıb.
BŞ Prezidenti Donald Tramp "Politico"ya verdiyi müsahibədə qlobal məsələlərin hazırkı vəziyyətini qiymətləndirərək təəccüblü qiymətləndirmələr edib.

"ƏRDOĞAN GÜCLÜ BİR ÖLKƏ VƏ ORDU QURDU"

Prezident Rəcəb Tayyib Ərdoğanla əla münasibətlərini vurğulayan Tramp deyib: "Ərdoğan mənim dostumdur. Kiminsə onunla problemi olanda, onunla danışa bilmədikləri üçün məndən zəng etməyimi xahiş edirlər. O, çox sərt insandır. Mən onu çox sevirəm. İllər ərzində o, güclü bir ölkə və güclü bir ordu qurub. Biz həmişə onunla həll yolları tapırıq və onları çox tez həll edirik. O, digər liderlərdən çox fərqlidir".

aia.az
Tərcümə şöbəsi



Seçilən
17
aia.az

1Mənbələr