AZ

Evdən işləyənlərin hüquqları belə qorunacaq AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Hazırda Əmək Məcəlləsində məsafədən (distant) iş anlayışı yer alır. Lakin praktika göstərir ki, bununla bağlı digər qanunvericilik aktlarına da əlavə və dəyişikliklər edilməsi zərurəti yaranacaq. Eyni zamanda, ehtimal edilir ki, bu sahə üzrə əlavə tənzimləyici sənədlər də qəbul olunsun. Xüsusilə dövlət sektoru üçün məsafədən işin tənzimlənməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən ayrıca qaydaların müəyyənləşdirilməsi vacib olacaq".Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Sahib Məmmədov deyib.O, bildirib ki, hazırda bəzi açıq qalan məsələlər mövcuddur:"Əmək Məcəlləsinə əsasən, işçi məsafədən işləsə də, onun əmək hüquqları, əmək haqqı, sosial sığorta, icbari tibbi sığorta, əmək qabiliyyətinin müvəqqəti itirilməsi halları, peşə xəstəlikləri və bədbəxt hadisələrdən sığorta eyni qaydada təmin olunmalıdır".Vəkil bildirib ki, məsafədən iş rejimində işçinin əmək mühafizəsini təmin etmək texniki və hüquqi baxımdan daha çətin olacaq:"Bu səbəbdən, əlavə normativ-hüquqi aktların qəbuluna ehtiyac duyulur. Dövlət sektorunda əmək haqqı sabitdir, özəl sektorda isə minimum əmək haqqı 400 manat səviyyəsində müəyyən olunub və bu məbləğdən aşağı ödəməyə yol verilmir. Qalan əmək haqqı şərtləri isə əmək müqaviləsi əsasında, yəni işəgötürən və işçi arasında razılaşma ilə müəyyənləşdirilir".Onun sözlərinə görə, distant iş modelində məzuniyyət hüququ, əmək mühafizəsi, qarşılıqlı maddi məsuliyyət və digər məsələlərin aydın şəkildə tənzimlənməsi zəruridir:"Hazırda Əmək Məcəlləsi bəzi halları əhatə etsə də, yeni reallıqlara uyğun əlavə normaların qəbuluna ehtiyac yaranacaq".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
demokrat.az

1Mənbələr