AZ

“İlhamlı Qələbələr adlı Böyük Qayıdış”

ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Dekabrın 11-də Stolüstü Tennis Federasiyasının və BrendSport.az saytının təşkilatçılığı ilə Şanlı Zəfərimizin 5 illiyinə həsr olunmuş “İlhamlı Qələbələr adlı Böyük Qayıdış” festivalı çərçivəsində xüsusi stolüstü tennis turniri keçiriləcək.

Turnir, həmçinin 150 illiyi tamam olmuş Azərbaycan milli mətbuatının il üzrə son tədbiri olmaqla yanaşı, Azərbaycanın ictimai-siyasi xadimi, jurnalist və Milli Mıclisin deputatı olmuş mərhum Qənirə Paşayevanın 50 illik yubileyinə ithaf olunur.

Yarışda qazilər, KİV nümayəndələri (jurnalistlər, fotoqraflar, TV əməkdaşları və s.), incəsənət nümayəndələri (aktyorlar, aktrisalar, müğənnilər, modellər və s.), eləcə də Avropa, dünya və olimpiya çempionları, müxtəlif sahələrdən tanınmış ictimai şəxslər iştirak edəcəklər. 

Hər qrup üzrə ilk 4 yerin qalibləri pul mükafatları və sponsor hədiyyələri ilə təltif olunacaqlar.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
xalqqazeti.az

2Mənbələr