İraqın Süleymaniyyə əyalətində daşqınlar can alıb
İraqın Süleymaniyyə şəhərində güclü yağışlardan sonra baş verən daşqınlar nəticəsində iki nəfərin öldüyü bildirilir. Yerli medianın məlumatına görə, güclü yağışlar Süleymaniyyənin Çamçamal rayonunda daşqınlara səbəb olub.
İraq Kürd Regional Hökumətinin (İKRH) Mülki Müdafiə Təşkilatı iki nəfərin həyatını itirdiyini və çoxsaylı vətəndaşlara təsir etdiyini bildirib. Qurbanlardan biri divarın uçması nəticəsində həlak olan 70 yaşlı kişi, digəri isə daşqında boğulan 24 yaşlı qadın idi.
Evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.Bu arada, Bazyan rayonu yaxınlığında sel suları altında qalan nəqliyyat vasitəsinin sürücüsü xilas edilib.
Çemçemal rayonunda, eləcə də Süleymaniyyə və Kərkük şəhərləri arasında bir çox əsas yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.Çemçemal Səhiyyə İdarəsi yüksək səviyyəli həyəcan elan etdi və bütün təcili yardım qruplarını səfərbər etdi. İdarə həmçinin vətəndaşları hər hansı bir mənfi hadisə barədə məlumat verməyə çağırdı.
Mülki Müdafiə İdarəsi də ictimaiyyəti çölə çıxmamaq barədə xəbərdar etdi.
aia.az
Tərcümə şöbəsi