Avstraliyada 16 yaşdan kiçiklərin sosial mediaya girişini qadağan edilir
Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial mediaya girişini qadağan edən "dünyada ilk" qanun tətbiq edildiyi bildirilir. SBS News-un məlumatına görə, 16 yaşdan kiçik uşaqların sosial media platformalarında hesab yaratmasını və saxlamasını qadağan edən qanun 10 dekabrda yerli vaxtla saat 00:00-da qüvvəyə minib.
Sky News Australia xəbər verir ki, Avstraliya Baş naziri Entoni Albanesenin bu məsələ ilə bağlı video mesajı bu həftə ölkə daxilində məktəblərdə yayımlanacaq.
Videoda Albanese qadağanın gənc avstraliyalıları dəstəkləmək məqsədi daşıdığını qeyd edərək, bunun "sonsuz yayımlar və alqoritmlər"in yaratdığı təzyiqi azaldacağını bildirib.
"Qarşıdan gələn məktəb tətillərindən maksimum yararlanın. Telefonunuzda gəzmək əvəzinə, yeni bir idman növü ilə məşğul olun, yeni bir musiqi aləti öyrənin və ya rəfinizdə saxladığınız kitabı oxuyun", - deyə Albanese bildirib.
Texnologiya şirkətləri uyğunluğa görə yalnız məsuliyyət daşıyacaq.
Qanun gənc istifadəçiləri ölkə miqyasında sosial medianın yaratdığı potensial zehni və fiziki sağlamlıq risklərindən qorumağı hədəfləyir.
İnstagram, TikTok, Facebook, Twitch, X və YouTube da daxil olmaqla bir çox qlobal sosial media platformalarını əhatə edən qanun, 16 yaşdan kiçik gənclərin hesab açmasının qarşısını almağı hədəfləyir.
Müvafiq olaraq, platformalardakı mövcud hesablar deaktiv ediləcək, yeni hesablar bloklanacaq və gənc istifadəçilərin məhdudiyyətləri aşmasının qarşısını almaq üçün həll yolları tətbiq ediləcək.
Qlobal sosial media platformaları yeni qanuna əməl etmədikdə təxminən 33 milyon dollara qədər cərimə ilə üzləşəcəklər.
Ölkədəki uşaqlar və valideynlər qanunun potensial pozuntularına görə cəzalandırılmayacaq və uyğunluq məsuliyyəti yalnız texnologiya şirkətlərinin üzərinə düşəcək.
Platformaların 16 yaşdan kiçik avstraliyalıların hesab açmasının qarşısını almaq üçün qaydalar tətbiq etməsi gözlənilir.
Bəzi ekspertlər qanunun 16 yaşdan kiçiklər üçün məxfilik narahatlıqları yaradacağını, digərləri isə bunun gənclər üçün sosial təcridi artıra biləcəyindən narahatdırlar.
aia.az
Tərcümə şöbəsi