AZ

6 ay çalışan işçiyə il bitənədək məzuniyyət verilməsi məcburi olacaq

Bakı. Trend:

Əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklikediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlərkomitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirəolunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, işçiyə altı ay işlədikdən sonrabirinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasındaişəgötürənlə razılaşdırıldığı vaxtda veriləbilər.

İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyətişəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtdaverilə bilər.

Layihəyə əsasən, işçiyə altı ay işlədikdən sonra birinci iş ilibitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlərazılaşdırıldığı vaxtda veriləcək.

İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyətişəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtdaveriləcək.

Seçilən
26
13
az.trend.az

10Mənbələr