AZ

Zelenski: Yenidən işlənmiş sənədləri (sülh planını) yaxın gələcəkdə ABŞ-a göndərməyə hazır olacağıq



Ukrayna Prezidenti Volodymyr Zelenski Avropa müttəfiqləri ilə sülh planı üzərində işlədiklərini və planı ən qısa zamanda ABŞ tərəfinə təqdim etmək istədiklərini bildirib.
Zelenski sosial media paylaşımında iki gün ərzində Avropada görüşlər keçirməyə davam etdiyini bildirib.

Zelenski qeyd edib ki, ABŞ Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün təklif olunan sülh planı üzərində Avropa müttəfiqləri ilə işləməyə davam edir və bu gün Ukraynanın danışıqlar qrupu ilə görüşüb.
Zelenski dünən Londonda planla bağlı görüşlərin keçirildiyini xatırladaraq dedi: "Dünən Londonda Avropa müttəfiqlərimizin milli təhlükəsizlik müşavirləri səviyyəsində danışıqlar qrupumuzla işimizin nəticələrini müzakirə etdik".

İşin intensiv şəkildə aparıldığını vurğulayan Zelenski dedi:

"Müharibəyə son qoymaq üçün bütün detallar və mümkün addımlar üzərində çox fəal işləyirik. Ukrayna və Avropa komponentləri ilə bağlı əlavə tədqiqatlar aparılıb və bunları ABŞ-dakı müttəfiqlərimizə təqdim etməyə hazırıq. ABŞ tərəfi ilə mümkün olan ən yaxşı addımları ən qısa zamanda atmağa ümid edirik. Biz əsl sülhdə maraqlıyıq və ABŞ ilə daim əlaqə saxlayırıq".

Zelenski müharibəyə son qoymağın Rusiyadan asılı olduğunu vurğulayaraq əlavə etdi: "Yaxın gələcəkdə yenidən işlənmiş sənədləri (sülh planını) ABŞ-a göndərməyə hazır olacağıq".

aia.az
Tərcümə şöbəsi



Seçilən
15
aia.az

1Mənbələr