...Belaruslu rəssam Oksana Şalyapina siyasi məhbuslara kömək etdiyinə görə üç il müddətinə azadlıqdan məhrum edilib.
SİA xəbər verir ki, bu barədə Dissidentby təşəbbüsü xəbər verir.Xatırladaq ki, rəssam və könüllüŞalyapina 2025-ci ilin iyun ayında həbs olunaraq 1 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdi.
Onun məhkəməsi noyabr ayında başlayıb və 8 dekabrda hökm elan edilib: üç il müddətinə azadlıqdan məhrum etmə. O, bir neçə onlarla siyasi məhbusa kömək etməkdə təqsirli bilinib.
Qeyd edəkki, Oksana Şalyapinanın 47 yaşı var.
O, Memarlıq fakültəsini bitirib və 2009-cu ildən bəri ekspressionizm üzrə ixtisaslaşaraq yağlı boyalarla rəsm çəkir. Şalyapinanın əsərləri ABŞ, Almaniya, Qazaxıstan, Rusiya, Gürcüstan, Belarus, Lüksemburq, Finlandiya, İtaliya və Larus Qalereyasında (ABŞ) şəxsi kolleksiyalarda saxlanılır.
Rəssam Master-Peacemaker Rəssamlar Birliyinin üzvüdür.
Nazlı Almuradova