AZ

Trampdan Zelenskiyə çağırış: Sülh planını oxusaydı, yaxşı olardı”

Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Onun müavinləri, yüksək vəzifəli şəxsləri sənədi bəyəndilər, amma dedilər ki, o hələ oxumayıb”

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasındakı müharibəni həll etmək cəhdləri kontekstində Rusiyanın daha güclü danışıqlar mövqeyində olduğu fikrini bildirib. AYNA.AZ xəbər verir ki, ABŞ lideri bunu "Politico"ya verdiyi müsahibədə deyib.

Tramp əmindir ki, Rusiyanın mövqeyi "daha böyük bir ölkə" olduğu üçün daha güclü görünür.

"Bu, heç vaxt baş verməməli olan bir müharibədir. Açığı, mən prezident olsaydım, baş verməzdi və əvvəlki dörd ildə baş verməyib. Mən onu izlədim və dedim ki, vay, burada problem yaradacaqlar. Və bu müharibə başladı və açıq şəkildə, Üçüncü Dünya müharibəsinə çevrilə bilərdi", Tramp deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə "Avropa üçün böyük bir problemdir. Və onlar bunu yaxşı idarə etmirlər".

O həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin onun sülh planını oxumadığı iddiasını təkrarlayaraq, "bunu etməlidir" deyə əlavə edib.

"Oxusaydı yaxşı olardı. Bilirsiniz, çoxlu insan ölür. Ona görə də oxusaydı çox yaxşı olardı. Onun xalqı təklifi həqiqətən bəyəndi. Onlar həqiqətən bəyəndilər. Onun müavinləri, yüksək vəzifəli şəxsləri sənədi bəyəndilər, amma dedilər ki, o hələ oxumayıb. Düşünürəm ki, oxumaq üçün vaxt tapmalıdır", - deyə ABŞ Prezidenti əlavə edib.

Bir müxbirin Ukraynada seçkilərin vaxtı çatıb-çatmadığını soruşduqda, Ağ Ev rəhbəri deyib: "Bəli. Düşünürəm ki, çatıb. Uzun müddət keçib... İşlər o qədər də yaxşı getmir. Bəli, düşünürəm ki, vaxtı çatıb. Düşünürəm ki, seçkilərin keçirilməsi üçün vacib bir vaxtdır".

Tramp həmçinin bildirib ki, “Ukraynada seçkilərdən yayınmaq üçün müharibədən istifadə edirlər".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
ayna.az

1Mənbələr