AZ

"NATO-ya qoşula biləcək "çox" dövlət qalmayıb" - Trampdan Ukrayna ilə bağlı acı etiraf

Ukraynanın NATO-ya qoşulmayacağı çoxdan aydın idi.

"Ölkə.az" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Politico"ya verdiyi müsahibədə bildirib.

ABŞ lideri hesab edir ki, hərbi bloka qoşula biləcək "çox" dövlət qalmayıb.

"Ukraynanın NATO-ya qoşulmayacağı çoxdan bəlli idi. Düzünü desəm, Putindən də öncə bu bilinirdi", Ağ Ev rəhbəri deyib.

Tramp həmçinin Rusiyanın danışıqlarda hazırda Ukraynadan daha güclü mövqeyə sahib olduğunu bildirib.

Onun szölərinə görə, Ukrayna Rusiya ilə münaqişədə əhəmiyyətli ərazilərini itirir. Trampın fikrincə, bu, Kiyevin məğlubiyyəti deməkdir. ABŞ lideri əlavə edib ki, vəzifəsinin ilk 10 ayı ərzində Ukrayna Silahlı Qüvvələrinin cəbhə xəttindəki vəziyyət yaxşılaşmayıb, əksinə pisləşib.

Elvin

Ölkə.az

Seçilən
39
2
olke.az

3Mənbələr