Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası Çelenc Kubokunun 1/16 final mərhələsində ilk oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin idman zalında Belçika təmsilçisi "Lindemans"ı qəbul edən Azərbaycan klubu 0:3 (17:25, 22:25, 23:25) hesabı ilə uduzub.
Tərəflər arasında cavab oyunu 2026-cı il yanvarın 7-də Belçikada baş tutacaq.
Qeyd edək ki, yarışa 1/32 final mərhələsindən başlayan "Xilasedici" bu raundda Rumıniyanın "Steaua" klubuna qalib gələrək 1/16 finala yüksəlib.
"Abşeron" "Azərreyl" ilə üz-üzə gələcək
"Milli Aviasiya Akademiyası" "Murov Az Terminal"la üz-üzə gələcək
Yüksək Liqanın V turunun oyunları eyni gündə baş tutub
Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə təyinat verib
Yüksək Liqa: V tura start verilir